Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Zeynalov Hüseynəli Vaqif oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.(report.az)