ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Unikal.org xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında paylaşım edib.

“Ermənistanla Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq” - deyə Blinken qeyd edib.