Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinə yeni rəis təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Hikmət Quliyev təyinat alıb. 

O, bu təyinatadək  Baş İctimai Təhlükəsizlik İdarəsində çalışıb.

Murad İbrahimli