Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

Unikal.org  xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində əhəmiyyət kəsb edən Milli Dirçəliş Gününü qeyd edirik. Dirçəliş Günümüz Mübarək!”