"Qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsinə amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir.

Qeyd edək ki, Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən həftə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı bildirmişdi ki, əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarmaq lazımdır:

"Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakirələr aparırıq” - deyə, nazir bildirib.

Anar Kəlbiyev