Türkiyəli məşhur aktrisa  Fəxriyyə  Evcən "Alparslan Böyük Səlcuqlu" serialındakı ulama səhnəsi ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki,  "Akça Hatun"  obrazını canlandıran aktrisanın ulama səhnəsi sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Qısa zamanda izləmə rekordu qıran səhnədə Fəxriyyə ulayaraq, qurdu yanına çağırır. 

Aktrisanın bu  səhnəsinə yüzlərlə insan şərh yazıb. Həmin şərhlərdən bir  neçəsini  təqdim edirik.

"Necla Oğuzu çağırır", "Leylanın xaricdən gətirdiyi bahalı paltarları görəndə Necla", " Belə çıxır ki, hamının ulama sevgisi var".