Uşaqlar üçün qida və geyimlərə münasibətdə əlavə dəyər vergisinin azaldılmış dərəcəsi və yaxud azaldılması tətbiqi gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub.

"Unikal" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, ölkəyə məhsulların idxalı və satışı zamanı adbaad, növbənöv bütün kateqoriyalar üzrə dəqiq sənədləşdirilmiş uçotu məsafədən izləmək imkanı yoxdur: 

“Burada müvafiq infrastrukturun qurulması ilə bağlı işlərin yekunlaşmasını gözləyirik. Bundan sonra bu kimi məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə edilə bilər”.

Anar Kəlbiyev