Meksika rəssamı Frida Kalonun çəkdiyi "Dieqo və mən" avtoportreti Nyu-Yorkdakı "Sotheby's" hərrac evində satışa çıxarılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, əsəri Argentinada muzey sahibi olan Eduardo F.Kostantin alıb. O, "Dieqo və mən" üçün 34,9 milyon dollar (təxminən 59 milyon 330 min manat) ödəyib.

Qeyd edək ki, rəssam əsəri 1949-cu ildə çəkib. Sözügedən avtoportret sonuncu dəfə 1990-cı ildə 1,4 milyon dollara (təxminən 2 milyon 380 min manat) satılmışdı.