Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"  xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları "VAZ-2107" markalı minik avtomobili vurub.
1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.