Norveçin Larvik şəhərində göyərtəsində üç nəfər olan təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, yerli vaxtla saat 12 radələrində yerli pilotlar üçün tədris mərkəzinə məxsus kiçik ölçülü “Diamond DA42” təyyarəsinin havaya qalxdıqdan bir müddət sonra niyə qəzaya uğraması məlum deyil.

Qəza baş verdiyi anda təyyarənin göyərtəsində bir pilot və iki tələbə olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri görülür. Təyyarənin göyərtəsində olan şəxslərin sağ qalma şanslarının aşağı olduğu bildirilir.