Böyük Britaniyanın Baş naziri Boris Conson çıxışı zamanı etdiyi qeydlərin yerini itirib və bir cizgi filmindən sitatlar səsləndirməyə başlayıb.

"Unikal" xəbər verir ki, dediklərinin yanlış olduğunu görən Conson buna görə fasilə verib və kütlədən üzr istəyib.

Conson yaşıl iqtisadiyyat üçün 10 bəndlik planını bibliyanın 10 əmri, özünü də Musa peyğəmbərlə müqayisə etməsi onu gülünc vəziyyətə salıb.

"Hökumət rəhbərliyi üçün 10 bəndlik plan müəyyən etdik. Düz bir il əvvəl Sinadan enəndə mən hazırladığım yeni 10 illik planı dedim və məmurlarıma dedim ki, siz yeni 10 əmri hazırlayacaqsınız", - deyə Baş nazir bildirib. 

Ağarza Elçinoğlu