İki övladı ilə Avstraliyada iki həftə karantində qalan qadın qaldığı oteli yandırıb.

"Unikal" xəbər verir  ki, hadisə Kvinslend ştatında baş verib.

Övladları  ilə birlikdə Kvinslendə istirahətə  gələn qadında  COVİD-19 aşkarlanıb.  Daha sonra qadın qaldığı oteldə  karantinə  alınıb. İki həftəlik karantində olan 31 yaşlı qadın qaldığı mənzili yandırıb. .

"Pacific" Hotelin üst mərtəbəsini bürüyən alov səbəbindən 160-dan çox qonaq təxliyə edilib. Yanğın törətməkdə təqsirləndirilən qadın nəzarətə götürülüb. 

Hadisə  bağlı  cinayət  iş açılıb.  Araşdırmalar  aparılır.