Xəbər verdiyimiz kimi,  Peruda 7,5 bal gücündə güclü zəlzələ baş verib.

"Unikal" xəbər  verir  ki, Peru Milli Mülki Müdafiə İnstitutu Barranka şəhərinin 45 kilometr şimalında qeydə  alınan zəlzələdə 220 evin zərər gördüyünü  açıqlayıb. 

"Evlərdən 75-i tamamilə dağılıb, 81 evin isə yaşayış üçün yararsız hala düşüb. Hadisə  nəticəsində 4 nəfər  dağıntılar altında qalıb. Ərazidə  xilasetmə və zərərin aradan qaldırılması üçün birgə işləri davam etdirilir", - deyə açıqlamada qeyd  olunub.