"Daha çox Mərkəzi Aran rayonlarda qadınlar zorakılığa məruz qalırlar".

"Unikal"ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bununla bağlı təhlil aparılıb: "Qadınlara qarşı zorakılıq daha çox yaxınları tərəfindən olur. Qadınlara qarşı zorakılıq hallarında son illərdə artım yoxdur. Sadəcə, bu hallara reaksiyalarda artım var".