Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, müasir dövlətçiliyimizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.

AAYDA-nın rəhbərliyi Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.