Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov AMEA ilə olan məhkəmə çəkişməsində qalib gəlib.

Bu barədə "Unikal"a açıqlamasında E.Məmmədov özü məlumat verib. O, həmin işə Səbail Rayon Məhkəməsində baxıldığını bildirib:

"Dekabr ayının 10-da məhkəmə qərar verdi. Mən də iş yerimə bərpa edildim".

Qeyd edək ki, AMEA Prezidenti Ramiz Mehdiyev E.Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi müvəqqəti olaraq təyin etmişdi.

Murad İbrahimli