Milli Məclisin Səhiyyə Komitəsinin sədri, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov TÜRKPA-nın Baş katib Mehmet Süreyya Er ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı Əhliman Əmiraslanov Komissiya çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O,TÜRKPA Katibliyinin təşəbbüslərini müsbət qiymətləndirərək, həmçinin gələcək layihələrə dəstəyini ifadə edib.

Baş katib Mehmet Süreyya Er Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib, Katibliyin gələcək planları barədə məlumat verib. 

Tərəflər türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığın perspektivləri və 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.