Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat-seçki konfransı keçirilib.

"Unikal" xəbər verir ki, mərasim Gənclər və İdman Nazirliyin inzibati binasında baş tutub.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov AMAF-ın yeni prezidenti seçilib. O, bu posta 2006-cı ildən quruma rəhbərlik edən Elçin Zeynalovu əvəzləyib.