Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı "Unikal"a bildirib ki, bu Saziş hər iki ölkənin dağ-mədən sənayesinin inkişafında əməkdaşlığın daha da gücləndirilməsinə  və tərəflər arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaradacaq.

Nazirlik rəsmisi qardaş ölkə ilə imzalanan Memorandumun bütün istiqamətlərdə olduğu kimi mədənçilik sahəsində də  mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.