Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. 

"Unikal" xəbər verir ki, FHN-nin iki hərbi qulluqçusuna "general-leytenant", 3 nəfərə isə "general-mayor" ali hərbi rütbələri verilib.

General-leytenant rütbəsi verilən İlham Əyyub oğlu Abdullayev FHN-nin Mülki Müdafiə qoşunlarının komandanıdır.

Digər general-leytenant rütbəsi verilən Şahmar Ənvər oğlu Paşayev isə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

General-mayor rütbəsi alan Adil Ələsgər oğlu Abdullayev Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, Raul Süleyman oğlu Zeynalov isə Bakı Regional Mərkəzin rəisinin birinci müavinidir.

Ali hərbi rütbə alanlardan Əşrəf Məmməd oğlu Qasımov isə FHN-nin aviasiya dəstəsinin rəisidir.

Murad İbrahimli