“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Bildirilib ki, mesencer istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək. Yeni funksiyada şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı yaradacaq. Hazırda isə bu, yalnız mesencerin kamera bölməsindən fayl göndərilərkən mümkündür. Məzmununun seçilməsi üçün isə proqramda xüsusi düymə görünəcək.

Sözügedən funkisya hazırda “WhatsApp”ın "Android" əməliyyat sistemi ilə çalışan beta versiyasında mövcuddur.