16 İyun 2019
Səhiyyədə sensasiya: bir gündə 2 dəfə əkiz doğdu - FOTO
Səhiyyədə sensasiya: bir gündə 2 dəfə əkiz doğdu - FOTO DÜNYA 16:40 2013-02-19



ABŞ-ın Texas ştatında yaşayan 36 yaşlı Tressa Montalvo səhiyyə tarixində sensasiya sayıla bilər.

Milli.Az ABC News-a istinadən bildirir ki, 31 həftəlik hamilə olan Tressanın kəskin sancıları başlayandan sonra aparıldığı hospitalın həkimləri sonradan necə heyrətlənəcəklərini, təbii ki, bilməzdilər.

Tressa əvvəlcə iki əkiz oğlunu dünyaya gətirib. Bir dəqiqədən sonra isə onun iki əkiz oğlu da dünyaya göz açıb.
"İlk" əkizlərə Eys və Bleyn, "sonrakı" əkizlərə isə Keş və Dilan adları verilib.

Tressanın əri, 43 yaşlı Manuel Montalvonun dediyinə örə, Hyuston şəhərindəki The Woman’s Hospital-da xanımının doğuşunu gözləynədə çox həyəcanlı idi.

"Həkimlər əvvəlcə dedilər ki, əkiz oğullarım olub. Sonra söylədilər ki, daha iki əkiz oğlum var. Beləcə, bir gündə 4 oğul atası oldum. Mən isə qızımın olmasını istəyirdim", - Manuel Montalvo deyib.
Səhiyyədə