Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. 

28 yaşlı futbolçunun idarə etdiyi maşın Ankara-Niğde yolunda aşıb. Təcili tibbi yardım hadisə yerinə gəlsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2015-2017-ci illərdə Türkiyə yığmasının heyətində 8 oyun keçirib.