Türkiyəli məşhur aktrisa Selin Şekerci sevgilisi, həmkarı İbrahim Selimlə ayrılıb.

"Unikal" xəbər verir ki, cütlük ötən həftə münasibətlərini sonlandırıb. İkili iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.

Qeyd edək ki, S.Şekerci aprel ayında aktyorun “Kanal D” telekanalında yayımlanan verilişində qonaq olmuşdu. Onlar proqramdan sonra münasibətə başlayıb. Bildirək ki, aktrisa “Yeşilçam” serialında rol alır.