İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İtaliya Kubokunda mübarizəni dayandıran "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında baş məşqçi təyin edilmişdi.