Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib.

"Unikal" xəbər verir ki, lider “Mançester Siti” öz meydanında “Çelsi” komandasını qəbul edib.

Görüş Mançester təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 70-ci dəqiqədə Kevin de Brüyne olub.

Bu qələbə sayəsində xal ehtiyatını 56-ya çatdıran “Mançester Siti” liderliyini davam etdirir. “Çelsi” 43 xalla ikinci yerdə qərarlaşıb.