"Bavariya" Bundesliqasında özünəməxsus olan rekordunu yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib. 

Münhen təmsilçisi buna Bundesliqanın 19-cu turunda "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi matçda nail olub.

"Bavariya" ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.