Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

"Unikal" xəbər verir ki, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.