Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti seçilib.

Bu barədə "Unikal"a MOK-dan məlumat verilib.

Toplantıda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub.

Firat Hüseynov AAF-a vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib seçilib.