Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük orqanları işçilərini peşə bayramı münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev "Twitter"də yazıb.

“İqtisadi və milli təhlükəsizliyimizin sadiq keşikçiləri, əziz gömrükçülər! Gömrük orqanlarının yaradılmasının 30 illik yubileyi və peşə bayramı münasibətilə hər birinizi təbrik edir, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”, - DGK sədri paylaşımında qeyd edib.