Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, E.Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. O, 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.

E.Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.

Ailəlidir, iki övladı var.

Dövlət başçısının digər bir sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O bu vəzifəyədək Bakı Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib.

Qeyd edək ki, onların hər ikisi Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

Anar Kəlbiyev