Nəqliyyatda Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

"Unikal" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.