Şuşa, Ağdam və Cəbrayılda məktəb tikintisinə başlanılıb.

Bu barədə "Unikal"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.

Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.