Azərbaycan Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Bu barədə "Unikal"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.