"Mançester Yunayted"in futbolçusu Pol Poqba karyerasını yenidən "Yuventus"da davam etdirəcək.

"Unikal" "Calciomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi mövsümün sonu "qırmızı şeytanlarla" bitəcək sözləşməsini yeniləməyəcəyini və İtaliyaya qayıtmaq istədiyini bildirib. 

Hazırda İngiltərədə xoşbəxt olmayan Poqba "Yuventus"a qayıtmaq üçün çalışdığı vurğulanıb.

Qeyd edək ki, Fransa millisinin üzvü 2012/2016-cı illərdə Turin təmsilçisinin şərəfini qoruyub.