Ötən il Azərbaycanda etik davranış qaydalarını pozuduğuna görə işdən çıxarılan polis əməkdaşlarının sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabatda qeyd edilib ki, 168 polis əməkdaşına intizam tənbehi verilib.

Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i tutduğu vəzifədən azad edilib, 117-i barəsində digər məsuliyyət tədbirləri görülüb.