Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Unikal"-a verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.