"Barselona" heyətini tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu "Ayaks"da çıxış edən mərakeşli Noussair Mazraoui üçün danışıqlara başlayıb.

Məlumata görə, Amsterdam klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq olan müdafiəçi yayda İspaniya nəhənginə keçəcək. Ona illik 5 milyon avroluq maaş təklif olunub.

Qeyd edək ki, "Ayaks" yetirməsi olan futbolçu bu mövsüm 28 oyunda 5 qol və 4 məhsuldar ötürmə edib.