“Pakistan International Airlines” aviaşirkəti bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır.

AZAL-dan "Unikal"a verilən məlumata görə, bu barədə AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi ilə işgüzar görüşü zamanı səsləndirilib.

Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.