"Ölkəmizdə əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyat yaradılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, Ukraynadakı hadisələr səbəbi ilə nəqliyyat-logistika, idxal olunan məhsullar, qiymət artımı və müxtəlif qadağalarla bağlı ciddi problemlər var.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür:

"Bunun nəticəsi olaraq Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün olan tədbirlər görülür".

Anar Kəlbiyev