Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Turnirin 6 qat qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Vest Hem"in qonağı olacaq. Əndəlusiya təmsilçisi ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.