Gənclər və idman naziri Fərid Qayıbovun Əmri ilə Səməndər Allahverdiyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinə (ROEQİUGVM) direktor təyin edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Elnarə Musayeva və İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.