Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 101 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 319 min 260 nəfərin test edildiyi, 21 min 354 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 min 619 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.