PSJ-nin futbolçusu Lionel Messi bu gün keçirilən məşqdə xəstəlik səbəbindən iştirak etməyib.

"Unikal" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Məlumata görə, 34 yaşlı argentinalı ulduz hücumçu ölkə çempionatında keçiriləcək "Monako" ilə matçda da olmayacaq.

Qeyd edək ki, Messi bu mövsüm 26 matçda 7 qol və 11 məhsuldar ötürmə edib.