Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

"Unikal" xəbər verir ki,  "Santyaqo Bernabeu"dakı XXIX tur oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kral klubu" 28 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 51 xalla 4-cü pillədə qərarlaşıb. Görüşü FIFA referisi Xuan Martines Munuera idarə edəcək.