"Moskva bizdən qəbul edilməz güzəştlər istəyir. Həmin tələblər cəfəngdir".

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Bizi bu məsələlər maraqlandırır: Ukraynanın təhlükəsizlik zəmanətləri, Krım və Donbas da daxil olmaqla ərazi bütövlüyümüzün tanınması, atəşkəsə nail olmaq və rusların ölkəmizdən çıxması. Bəzi mühüm məsələlərdə hələ də konsesus yoxdur. Biz təkcə Rusiyadan deyil, digər ölkələrdən də təhlükəsizlik zəmanətləri almalıyıq. Bununla bağlı ABŞ, Britaniya, Almaniya, Fransa və Türkiyə ilə danışıqlar aparılır”, - o bildirib.