İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku karyerasını Fransada davam etdirə bilər.

"Unikal" "Football Insider" nəşrinə istinadən xəbər verir ki, PSJ 29 yaşlı hücumçu ilə maraqlanır.

Kilian Mbappe mövsümün sonunda Paris təmsilçisindən ayrılsa, klub Lukakunu almağa çalışacaq. Belçikalı oyunçu hazırkı komandasında çox az forma şansı qazandığı üçün transferin gerçəkləşmə ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Romelu Lukaku 2021-ci ilin yayında İtaliya "İnter"indən "Çelsi"yə keçib.