Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda fransalı Valeryen İsmaelə tapşırılıb.

47 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Öndər Karavelini əvəzləyib. Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.