“Araz-Naxçıvan” klubunun və futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

"Unikal" xəbər verir ki, təcrübəli qolkiper Superliqanın lideri “Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq R.Hüseynli qarşıdakı iki ay müddətində bu komandanın qapısını qoruyacaq.