İstanbul Boğazında tapılan minanın incələnməsi prosesi davam edir.

"Unikal"  Hürriyət-ə istinadən xəbər verir ki, dənizdə hərək edən minanın köhnə rus minası olduğu müəyyən olunub.
Təhlükəsizlik məqsədilə gəmilərin hərəkəti üçün qapadılan İstanbul boğazının yerli vaxtla saat 15:30-dan etibarən hər iki istiqamətə hərəkət üçün açıq olduğu elan edilib.

Hazırda minanın helikoper və Sualtı Müdafiə Qrupları tərəfindən incələnməsi prosesi davam edir.

xxx

14:01

Bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.